Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
17 mart 2026-cı il tarixində Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç mərhələsi uğurla həyata keçirilmişdir. Bu mərhələdə ümumilikdə 30 ailə, 131 nəfər doğma yurdlarına yola salınmışdır.
Həyata keçirilən bu köç mərhələsi də daxil olmaqla, artıq Horovlu kəndinə ümumilikdə 311 ailə, 1281 nəfər köçürülmüşdür ki, onlardan 156 ailə - 635 nəfər Bakı şəhərində, 84 ailə - 344 nəfər Biləsuvar rayonunda, 36 ailə - 168 nəfər Abşeron rayonunda, 13 ailə - 58 nəfər Beyləqan rayonunda, 22 ailə - 76 nəfər isə digər rayonlarda məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi, onların doğma yurdlarında təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.






