Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayılda "Korrupsiyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib

26 avqust 2025 | 10:43

25 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın  6.2.-ci bəndlərinin icrası ilə əlaqədar 10 saylı Cəbrayıl qəsəbə klubunda  “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Korrupsiyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mayil Əliyev, rayon Mədəniyyət evi, kənd klubları və  kitabxana filialının əməkdaşları iştirak etdilər.

Çıxış edənlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində rayonda görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir.

Tədbirdə vurğulanıb ki, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi ictimaiyyətin dəstəyi olmadan mümkün deyildir. Odur ki, cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalıyıq.

Keçidlər