Cəbrayılda “Heydər Əliyev İli” çərçivəsində yaz mövsümü ilə əlaqədar növbəti iməcilik keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da silsilə tədbirlər keçirilir.
Tədbirlər Planına uyğun olaraq Martın 14-də “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti iməcilik keçirilib.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhalinin kompakt məskunlaşdığı Cəbrayıl qəsəbələrində keçirilən iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, sakinlər fəal iştirak ediblər.
Müxtəlif məişət, polietilen və digər tullantılar ərazidən yığışdırılıb, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, ağacların qurumuş budaqları budanıb, dibləri bellənərək ziyanverici həşəratlardan qorunmaq üçün gövdələri əhənglənib, yabanı quru, alaq otlar təmizlənib, səliqə-sahman yaradılıb.