Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayılda bal süzümü mövsümü başa çatıb

31 avqust 2023 | 17:53

Son illər ölkəmizdə aqrar sahənin qədim və gəlirli təsərrüfat  növlərindən olan arıçılığın inkişafı mühüm  əhəmiyyət kəsb edir. Təsadüfi  deyil ki, kənd təsərrüfatında  aparılan islahatlar sırasında arıçılığa  çox böyük diqqət  göstərilir, bu sahədə çoxsaylı tədbirlər həyata keçirilir.

Ölkə başçısının  2018-ci il martın 5-də  imzaladığı “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında”  Sərəncamından sonra  bu istiqamətdə işlər daha da canlanıb və geniş miqyas  alıb. Respubilkamızda arıçılıqla bağlı aparılan işlərin davamı olaraq rayonumuzda da böyük uğurlar əldə olunub. Belə ki, bu il Cəbrayıl qəsəbələrində məskunlaşmış arıçılar bu günlərdə növbəti süzümü apararaq 1393 arı ailəsindən 12537 kq bal istehsal etmişlər.

Məlumat üçün bildiririk ki, hazırda 837 arı ailəsi işğaldan azad olunmuş Cəbrayıl rayonunda,  83 arı ailəsi isə Laçın rayonunda saxlanılır.  

Keçidlər