Cəbrayılda arıçılıq sürətlə inkişaf etdirilir
Arıçılıq Azərbaycanda çox qədim tarixə və ənənəyə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir. Xalqımızın arıçılıq sahəsindəki ənənələri hazırda uğurla davam və inkişaf etdirilir. Arıçılığın inkişafı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir.
Rayonumuzda aqrar bölmənin gəlirli təsərrüfat sahələrindən biri də arıçılıqdır. Cəbrayıl rayonunda arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır. 2025-ci ildə Cəbrayıl və Xocavənd rayonları ərazisinə 37 arıçı olmaqla 1524 arı ailəsi köçürülüb.
Cari ilin avqust ayının 12-dən başlayaraq bal süzümünə start verilib. Arıçılarımız 300 arı pətəyinin hər birindən 15 kiloqram olmaqla 4500 kiloqram bal süzüblər.
Hazırda bal süzümü davam etdirilir.






