Cəbrayıl şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib
04 oktyabr 2023 | 16:15
04 oktyabr 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun rəşadəti ilə 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalçılarından azad olunub. Bu gün həmin tarixi gündən 3 il ötür.
Bu münasibətlə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon Təşkilatının üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” Abidə Kompleksini ziyarət edərək şəhidlərin əziz xatirələrini böyük ehtiramla yad ediblər.
Tədbir Heydər Əliyev adına mədəniyyət və istirahət parkında konsert proqramı ilə davam etdirilib.