Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

25 iyul 2025 | 11:41

    "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ümumulikdə 50 ailədən ibarət növbəti köç karvanı yola salınıb.
    Proqram çərçivəsində bu günə qədər cəmi 615 ailə - 2690 nəfərin Cəbrayıl şəhərinə köçürülməsi təmin edilmişdir ki, onlardan 423 ailə 1869 nəfər Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan, 147 ailə 631 nəfər Biləsuvar rayonundan, 45 ailə 190 nəfər isə digər şəhər və rayonlarda məskunlaşmış, keçmiş məcburi köçkün Cəbrayıl şəhər sakinləridir.

Keçidlər