Cəbrayıl şəhərinə 2025-ci ildə ikinci köç karvanı yola salınıb
16 yanvar 2025 | 10:35
16 yanvar 2025-ci il tarixdə Bakı şəhərindən 20 ailə - 99 nəfər, Sumqayıt şəhərindən 7 ailə - 26 nəfər və Abşeron rayonundan 5 ailə -28 nəfər olmaqla, cəmi 32 ailə - 153 nəfər Qaradağ rayonu Qobu Park-3 yaşayış kompleksindən Cəbrayıl şəhərinə yola salınıb.
Nəzərinizə çatdırırıq ki, bu günədək Respublikamızın müxtəlif bölgələrində məskunlaşan 358 ailə - 1487 nəfərdən ibarət rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.