Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

25 noyabr 2022 | 16:30

     Bu gün işğaldan azad edilmiş Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Ailə Sağlamlıq Mərkəzi Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb.
     Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) heyət növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı və digər texniki işçilər 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq. Müəssisə bütün zəruri tibbi avadanlıqlarla təmin edilib və 10 minə qədər vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulansla təchiz olunub.
     Mərkəzin açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak edib.

 

Keçidlər