Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun uşaq bağçalarında Yeni il şənliyi keçirilib

30 dekabr 2023 | 16:47

    Cəbrayıl rayonunda fəaliyyət göstərən uşaq bağçalarında 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib.
    Tədbirdə körpə fidanlar Vətənə, torpağa, anaya, məktəbə, bağçaya, yeni ilə həsr olunmuş şeirlər söyləyib, şən mahnılar və rəqslər ifa ediblər. Şaxta baba ilə Qar qızın şənliyə qatılması uşaqların böyük sevincinə səbəb olub. 2023-cü ili uğurla yola salan körpə fidanlar 2024-cü ili sevinclə qarşılayıblar.
    Sonda uşaqlara yeni il hədiyyələri paylanılıb.

Keçidlər