Cəbrayıl rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” qeyd olunub
13 iyun 2026-cı il tarixdə rayonun ümumtəhsil müəssisələrində “Son zəng” qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, ərazi dairəsi üzrə nümayəndələr, Təhsil sektorunun nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, ağsaqqallar, məktəblərin müəllim-şagird kollektivləri və valideynlər iştirak ediblər.
“Son zəng” tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digər çıxış edənlər məzunları bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar. Natiqlər təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə qazanılan uğurlardan geniş söhbət açıblar. Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanının rəhbərliyi ilə son illərdə ölkəmizin hər bir bölgəsində, o cümlədən işğaldan azad olunmuş Cəbrayıl şəhərində, Horovlu və Şükürbəyli kəndlərində yeni tipli məktəblərin açılmasını, əsaslı təmirini, ən yüksək bal toplayan gənclərə Prezident təqaüdünün, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində rayon üzrə 636 şagird XI sinfi, 860 şagird IX sinfi bitirir. Bundan əlavə 669 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsilin ilk pilləsini tamamlayır. Rayonun ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə cari ildə 479 şagird təhsil alıb.






