Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” çalınıb

14 iyun 2025 | 16:56

    14 iyun 2025-ci il tarixdə Cəbrayıl rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov, aparatın məsul əməkdaşları, Ərazi dairəsi üzrə nümayəndələr, Təhsil sektorunun əməkdaşları, şəhid ailələri, ağsaqqallar, məktəblərin müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.
    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digər çıxış edənlər məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar. Natiqlər təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə qazanılan uğurlardan geniş söhbət açıblar. Son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyini, həmçinin əksər təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
    Tədbirlər məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

Keçidlər