Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Məktəblinin sağlamlığı” adlı aksiya keçirilib
13 noyabr 2026 | 17:13
13 oktyabr 2026-cı il tarixdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Məktəblinin sağlamlığı” adlı aksiya keçirilib. Aksiya çərçivəsində məktəblilərə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən uşaqlar üçün hazırlanaraq nəşr edilən “Məktəblinin sağlamlığı” kitabçaları paylanılıb.
Vəsaitlərin paylanılmasında məqsəd gənc nəslə erkən yaşlardan sağlamlığına məsuliyyətlə yanaşmağı aşılamaq, sağlamlığın qorunması ilə bağlı bilik və bacarıqlarını artırmaq, zərərli vərdişlərinin fəsadlarını, sağlam həyat tərzinin əhəmiyyətini izah etməkdən ibarətdir.






