Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində “Son zəng” çalınıb

15 iyun 2023 | 09:41

    Bu gün respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində də “Son zəng” çalınıb. 2022/2023-cü tədris ilində Cəbrayıl rayonunun 41 ümumtəhsil məktəbindən 624 şagird XI sinfi bitirərək məzun adını alıb. IX sinfi bitirən şagirdlərin sayı isə 898 nəfərdir. Rayonun ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları iştirak ediblər.
    Son zəng tədbiri Dövlət Himninin səslənməsi, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlanıb.
Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov məzunları həm son zəng münasibətilə, həm də “15 iyun Qurtuluş günü” münasibəti ilə təbrik edərək ən xoş arzularını bildirib. Rayon rəhbəri qeyd edib ki, bu il həm məzunlarımız üçün həmdə bütün xalqımız üçün əlamətdar bir ildir. Belə ki, Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi tamam olur. Bu münasibətlə 2023-cü il Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması Azərbaycan tarixində əlamətdar hadisədir. Siz də bu əlamətdar, tarixi hadisəyə şahidlik edirsiniz. Heydər Əliyev ilinin məzunları adlanırsınız. Biz inanırıq ki, bu il respublikamızın ümumtəhsil məktəblərini bitirən məzunlarımız Azərbaycan təhsilinin inkişafının əsasını qoyan Ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi olaraq istər Respublikamızın, istərsə də dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm İlham Əliyev cənablarının ölkədə elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlaması, göstərdiyi qayğı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr də Ulu öndərin təhsil siyasətinin uğurlu davamıdır. Ölkə başçısı təhsili dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həmişə dəyərləndirib. Məhz onun nəticəsidir ki, Respublikamızda son illərdə məktəb tikintisi geniş vüsət alıb. Ölkəmizin ən ucqar bölgələrində belə yeni tipli məktəblərin tikilməsi, əsaslı təmiri, ən yüksək bal toplayan gənclərə Prezident təqaüdünün, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi bunu bir daha sübut edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğullarımızın sayəsində işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, xüsusilə orta məktəblərin açılışı və tikintisi çox ürəkaçandır. Doğma Cəbrayılımızda akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik şəhər tam orta məktəbin tikintisinin aparılması da bizdə qürur yaradır. Bu gün torpaq uğrunda canından keçmiş həmin oğullar bu məktəblərdə formalaşıb, təlim-tərbiyə alıb, milli vətənpərvər ruhda yetişiblər.
    Sonra tədbir şagirdlərin hazırladığı bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
    On birincilərin inamlı çıxışları, mənalı ürək sözləri gənclərin Vətənin layiqli övladları olacağına inamı daha da artırıb.
     “Son zəng” çalındıqdan sonra "Bilik açarı"nı birincilərə təhvil verən məzunlar məktəbə əlvida deyiblər.

 

Keçidlər