Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində “Korrupsiyaya qarşı mübarizə aparmaq hər birimizin borcudur” mövzusunda maarifləndirici tədbir keçirilib
26 oktyabr 2026-cı il tarixdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2. bəndinin icrası ilə əlaqədar rayonun ümumtəhsil məktəblərində “Korrupsiyaya qarşı mübarizə aparmaq hər birimizin borcudur” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması, gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi güdüb.
Tədbirdə çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfi halların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eyni zamanda, dövlətin imici və beynəlxalq nüfuzu üçün də ciddi təhlükə yaratdığını vurğulayıb, hüquqi, demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeyd ediblər.






