Cəbrayıl rayonunun Şükürbəyli kəndinə ilk köç karvanı yola salınıb
13 may 2026 | 09:47
“Böyük Qayıdış” Dövlət Proqramına əsasən 13 may 2026-cı il tarixdə Bakı şəhərindən 67 ailə 277 sakin, Biləsuvar rayonu ərazisində salınmış Cəbrayıl qəsəbələrindən 26 ailə 125 sakin, Abşeron rayonundan 1 ailə 4 sakin, Sumqayıt şəhərindən 1 ailə 4 sakin, Sabirabad rayonundan 1 ailə 6 sakin və İsmayıllı rayonundan 1 ailə 3 sakin olmaqla ümumillikdə 97 ailə 419 sakin köç karvanında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınıb.






