Cəbrayıl rayonunun Soltanlı kəndinin rəsmi təməlqoyma mərasimi keçirilib
24 noyabr 2023 | 18:03
24 noyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndinin rəsmi təməlqoyma mərasimi keçirilib. Tədbirdə Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Siyarto, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak ediblər.