Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun şəhid olmuş hərbi qulluqçuları təltif olunublar

30 iyun 2026 | 10:33

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2026-cı il  tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək  şəhid olmuş rayonunun hərbi qulluqçuları təltif olunublar:

 

3-cü dərəcəli “Rəşadət” ordeni

  1. Rüstəmov Vüsal Valeh oğlu - gizir

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni

  1. Hacıyev Fərid Təşkilat oğlu - əsgər
  2. Ataşov Asif Kərim oğlu - əsgər
  3. Əlizadə Nicat Qorxmaz oğlu - əsgər
  4. Şahverdiyev Böyükağa Savalan oğlu - əsgər
  5. İsmayılzadə Sevindik Ramil oğlu - əsgər
  6. Xəlilov Ruhin Müzəffər oğlu - əsgər
  7. İsmayılzadə Vaqif Vüqar oğlu - əsgər
  8. Həmidzadə Hüseyn Akif oğlu - əsgər
  9. Süleymanov Əyyub Rasim oğlu - əsgər
  10. İsmayılov Emin Tahir oğlu - əsgər
  11. Cavadov Mahmud Heydər oğlu - əsgər

Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Keçidlər