Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun “Qız qalası” tarixi-memarlıq abidəsi

12 avqust 2026 | 10:40

    Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan biri də “Qız qalası”dır. “Qız qalası” - Cəbrayıl rayonunun Xələfli stansiyasında (qədim Diri kəndi), Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə Diri dağlarının bir hissəsinin zirvəsində yerləşən və XII əsrdə inşa olunmuş qaladır.
    Uca dağlıq ərazidə yerli daşlardan tikilmiş qalanın müdafiə məqsədli gözətçi məntəqəsi olduğu güman edilir. Diridağ dağında yerləşən qala XII–XIV əsrə aiddir. Hazırda qala dağılmış vəziyyətdədir. Qala divarlarının uzunluğu təxminən 50 metr, hündürlüyü 13 metrdir.
     1993-cü ilin avqust ayından 2020-ci ilin sentyabr ayına qədər ermənilərin işğalı altında olan Qız qalası erməni vandalları tərəfindən yerlə yeksan edilmişdir.

Keçidlər