Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib

04 oktyabr 2022 | 15:26

     Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun rəşadəti ilə 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi erməni işğalçılarından azad olunub. Bu gün həmin tarixi gündən 2 il ötür.
    Bu münasibətlə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon Təşkilatının üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidlərimizin ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” Abidə Kompleksində və “Şəhidlər Xiyabanı”nda şəhidlərin məzarlarını ziyarət edərək əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Keçidlər