Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun ən uzunömürlü qadını Neciyeva Qızbəs Qurban qızı ziyarət olunub

07 mart 2023 | 10:09

   06 mart 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının müavini Fəridə İbayeva və İcra hakimiyyətinin məsul əməkdaşları 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə rayonumuzun ən uzunömürlü qadınlarından olan, Böyük Mərcanlı kənd sakini, 99 yaşlı Qızbəs nənəni evində ziyarət ediblər. Səmimi görüş zamanı nənəni Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənovun adından təbrik edib, xoş arzularını çatdırıblar.
   Rayonumuzun uzunömürlü qadını Qızbəs nənənin 10 övladı, 40 nəvə, 75 nəticə, 13 kötücəsi var.
   Qızbəs nənəni təbrik edir və can sağlığı arzulayırıq.

Keçidlər