Cəbrayıl rayonunun bir qrup təhsil işçisi təltif edilib
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəbrayıl rayonunun bir qrup təhsil işçisi təltif edilib.
"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunanlar:
1. Tumasov Köçəri Tumas oğlu - Cəbrayıl rayonu Vahid İsmayılov adına Çərəkən kənd tam orta ümumtəhsil məktəbinin Təlim-tərbiyə işləri üzrə direktor müavini.
2. Xəlilova Şəhanə Rafael qızı - Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi.
"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunanlar:
1. Ağayeva Bahar Məmmədəli qızı - Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi.
2. Gülmalıyeva Sevinc Türbət qızı - Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin tarix müəllimi.
3. Hüseynova Pəri Vaqif qızı - Cəbrayıl rayonu Şikar Aslanov adına Süleymanlı kənd tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi.
4. Mehdiyeva Sahilə Təbriz qızı - Cəbrayıl rayonu 8 nömrəli tam orta ümumtəhsil məktəbinin Təlim- tərbiyə işləri üzrə direktor müavini.
5. Məmmədli Günay Fazil qızı - Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi.
6. Rüstəmli Könül Əsgər qızı - Cəbrayıl rayonu 4 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi.






