Cəbrayıl rayonunda “Zərərli vərdişlərə yox deyək” adlı atletika idman növü üzrə rayon turniri keçirilib
05 sentyabr 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Zərərli vərdişlərə yox deyək” adlı 2013-2015-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında atletika idman növü üzrə (60 metr məsafəyə qaçış) rayon turniri keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Hüseyn Fətullayev, Cəbrayıl rayon Cüdo idman klubunun məşqçisi İsmayıl Babaşov və yeniyetmə idmançılar iştirak ediblər.
Keçirilən birinciliyin əsas məqsədi yeniyetmələr arasında idmanın müxtəlif növlərini inkişaf etdirmək, onların asudə vaxtının səmərəli təşkil etmək, idmanla zərərli vərdişlərə yox demək və zərərli vərdişlərin yeniyetmələrin gələcəyinə mənfi təsirinin qarşısının alınmasından ibarət olub.
Rayonun R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində təşkil olunmuş turnirdə 20 idmançı öz gücünü sınayıb. Gərgin və maraqlı keçən yarışda Əhmədov Ayxan Etibar oğlu birinci, Abbasov Yusif Rəcdat oğlu ikinci və İsgəndərov Rafiq Cəlal oğlu isə üçüncü yerə layiq görülüblər. Yüksək nəticə qazanan idmançılar Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Qalibləri təbirk edir və uğurlar arzulayırıq.






