Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Zəfər yazan Ordumuz” mövzusunda tədbir keçirilib

25 iyun 2026 | 11:57

    24 iyun 2026-cı il tarixdə Rayon icra Hakimiyyətinin, YAP rayon Təşkilatının və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər yazan Ordumuz” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev və mədəniyyət işçiləri iştirak ediblər.
    Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
    Çıxış edənlər 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun əsgər və zabitlərini, tədbir iştirakçılarını təbrik edərək xoş arzularını bildirib və Tarixi Zəfərimizin əbədi olmasını arzulayıblar.
    Natiqlər bildirdilər ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla hər il iyun ayının 26-sı ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu günlər xalqımız sonsuz iftixar və fəxarət hissi ilə, qalib Ordumuzun yaranmasının 108 illiyini qeyd edir. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.
    Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başlayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə ordu quruculuğunu dinamik inkişaf etdirib. Azərbaycan Ordusunun bu gücünü 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə bütün dünyaya göstərdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Xalqımızın mübarizliyi və yeniməzliyi bir daha təsdiq olundu. Bütün dünya yumruq kimi Xalq - Ordu birliyinin şahidi oldu və bu birlik Böyük Qələbənin əldə olunmasında mühüm rol oynadı. Bütün bunlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, müzəffər Sərkərdə cənab İlham Əliyevi və qüdrətli Azərbaycan ordusunu alqışlayırıq.

Keçidlər