Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Zəfər gününə həsr olunmuş uşaqlar arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir

05 noyabr 2022 | 16:37

    05 noyabr 2022-ci il tarixdə 3 saylı Cəbrayıl qəsəbəsində rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş 2010-2012, 2013-2015-ci il təvəllüdlü uşaqlar arasında sərbəst güləş idman növü üzrə açıq Cəbrayıl rayon birinciliyi keçirilmişdir. Birincilikdə təmsil olunan Beyləqan, Xocavənd, Füzuli, Cəbrayıl rayonlarından ümumilikdə 6 komandada 58 idmançısı öz güclərini sınamışlar. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda qaliblər Cəbrayıl rayon  Gənclər və İdman idarəsinin medal və diplomları ilə təltif olunublar.

Keçidlər