Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Zəfər gününə həsr olunmuş şahmat yarışı keçirilib

07 noyabr 2022 | 12:11

   05 noyabr 2022-ci il tarixdə rayonun 8 saylı tam orta məktəbində Cəbrayıl rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin qrupları arasında “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib.
   8-16 yaşlı şagirdlərdən ibarət 14 qrup üzrə keçirilən yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yarışın yekununda Şahmat məktəbinin şagirdləri Fərəcov Bəlliş Musa oğlu 1 - ci yerə, Mehdiyev Elvin Eldəniz oğlu 2 - ci yerə, Sədiyev Murad Sənani oğlu 3 - cü yerə layiq görülərək Cəbrayıl rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin Fəxri Fərmanlar ilə təltif ediliblər.

 

Keçidlər