Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Yol hərəkəti qaydalarını birlikdə öyrənək” mövzusunda tədbir keçirilib

08 may 2026 | 17:44
    08 may 2026-cı il tarixdə rayonun 4 saylı uşaq bağçasında “Yol hərəkəti qaydalarını birlikdə öyrənək” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Dövlət Yol Polis bölməsinin rəis müavini, polis kapitanı Azər Məhərrəmov, Yol Patrul Xidmətinin inspektorları, uşaq bağçasının tərbiyəçiləri və balaca fidanlar iştirak ediblər. 
    Tədbirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. 
    Çıxış edənlər bildiriblər ki, bu kimi tədbirlərin keçirilməsi uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı ilkin vərdişlərin formalaşmasında böyük rol oynayır. Odur ki, kiçik yaşlarından uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi vacibdir və buna əməl olunmasına böyüklər tərəfindən nəzarət edilməlidir. Həmçinin tədbirdə yol hərəkət nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı vacibliyindən və onlara düzgün əməl olunması haqqında da məlumat verilib.
    Sonda balaca fidanların iştirakı ilə hazırlanmış səhnəciklər və yol hərəkəti qaydalarına aid şeirlər səsləndirilib. 
Keçidlər