Cəbrayıl rayonunda “Yetkinlik yaşına çatmayanlar arasında cinayət hallarına qarşı mübarizə” mövzusunda tədbir keçirilib
26 fevral 2025 | 15:51
24 fevral 2025-ci il tarixdə 8 saylı tam orta məktəbdə “Yetkinlik yaşına çatmayanlar arasında cinayət hallarına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman sektorunun məsul əməkdaşları, məktəbin müəllim və şagirdləri iştrak ediblər.
Çıxış edənlər mövzu ilə əlaqədar iştirakçılara geniş məlumat verərək tədbirin məqsədi, cinayət hallarına qarşı mübarizə məqsədi ilə vacib məqamları diqqətə çatdırıb, sualları cavablandırıblar.
Tədbir cinayət hallarına qarşı mübarizəyə həsr olunmuş videoçarx nümayişi ilə davam etdirilib.