Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil edək” adlı tədbir keçirilib

23 iyul 2026 | 15:53

    23 iyul 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin,  Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında “Yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil edək” adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev, rayon Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev, könüllülər, yeniyetmə və gənclər iştirak ediblər.
    Çıxış edənlər yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkilinin istər fiziki, istərsə də psixi sağlamlıq baxımından böyük əhəmiyyət kəsb etməsindən, onların inkişafında mütaliənin, musiqinin özünəməxsus rolundan, idman oyunlarının faydalarından geniş söhbət açıblar. Bildirilib ki, asudə vaxtın səmərəli təşkili yeniyetmə və gənclər üçün olduqca vacib olan məqamlardan biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. Səmərəli təşkil olunmuş asudə vaxt onların yaradıcı bacarıqlarının inkişafı və sağlam böyümələri üçün əlverişli mühit yaradır.
    Tədbir müxtəlif növ idman oyunları, kitab mütaliəsi, xoş musiqi sədaları və müzakirələrlə davam etdirilib. Sonda könüllülər, yeniyetmə və gənclər üçün çay süfrəsi təşkil olunub.

Keçidlər