Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumrayon iməciliyi keçirilib

15 mart 2024 | 14:20

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq martın 15-də Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1-11 saylı Cəbrayıl qəsəblərində Novruz bayramı ərəfəsində “Gələcək üçün əl-ələ” adlı ümumrayon iməciliyi keçirilib, əhali arasında ekoloji maarifləndirmə işləri aparılıb.
    Başlıca məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması olan ümumrayon iməciliyində idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər böyük həvəslə iştirak ediblər. İməcilik çərçivəsində müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ağacların dibləri bellənib, suvarılıb, yaşıllıqlara qulluq göstərilib, ərazilər məişət tullantılarından, qurumuş ağac və gül kollarından təmizlənərək, yeni ağac və gül kolları əkilib, səliqə-sahman yaradılıb.
    Rayon ərazisində bu cür iməciliklərin keçirilməsi və yaşıllıqların artırılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub.

 

Keçidlər