Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

18 oktyabr 2024 | 15:43

    18 oktyabr 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Biləsuvar rayonu ərazisindəki 1-11 saylı Cəbrayıl qəsəbələrini birləşdirən yolun kənarlarında təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, rayonun aidiyyəti təşkilatlarının əməkdaşları və qəsəbə sakinləri olmaqla ümumilkdə 120 nəfər iştirak edib.
   Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
   Aksiya zamanı Biləsuvar rayonu ərazisindəki 1-11 saylı Cəbrayıl qəsəbələrini birləşdirən yolun kənarlarında 600 ədəd müxtəlif növ yerli iqlim şəraitinə uyğun həmişəyaşıl ağac əkilib. Basdırılan ağacların suvarılması təmin edilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
   Qeyd edək ki, il ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıq tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər