Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda yaş barama tədarükünə başlanıb

03 iyun 2024 | 18:09

    Respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır.
     Bu il artıq yeddinci ildir ki, rayonda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 5 tona yaxın yaş baramanın istehsalı nəzərdə tutulub. 03 iyun 2024-cü il tarixdən artıq yaş barama tədarükünə başlanılıb və 21 kümçü tərəfindən “AZƏRİPƏK” MMC-yə 1387 kq yaş barama təhvil verilib. Hazırda yaş barama tədarükü davam etdirilir.
    Bərəkətli olsun!

Keçidlər