Cəbrayıl rayonunda YAP-ın yaranmasının 30 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
11 noyabr 2022 | 12:17
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyi ilə bağlı Cəbrayıl rayonunda silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
4 saylı qəsəbə ərazisində salınmış Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında keçirilən aksiyada 400-dən artiq ağac əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib və onların suvarılması təmin olunub.
Aksiyada Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və YAP fəalları iştirak ediblər.