Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirici tədbir keçirilib

10 dekabr 2025 | 16:56

    10 dekabr 2025-ci il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5. bəndinin icrası ilə bağlı 4 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən tibb məntəqəsində maarifləndirici tədbir keçirib.
    Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi məqsədilə baş tutan tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, həkim və orta tibb heyəti, hamilə qadınlar iştrak ediblər. Tədbir çərçivəsində hamilə qadınlara sağlam qidalanma ilə bağlı tibbi məsləhətlər verilib, maarifləndirici söhbət aparılıb.

Keçidlər