Cəbrayıl rayonunda “Xocalı soyqırımı xalqımızın yaddaşında” mövzusunda tədbir keçirilib
24 fevral 2026-cı il tarixdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımızın yaddaşında” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev, və idarə-müəssisələrin əməkdaşları iştirak ediblər.
Faciə qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər ötən əsrin ağır cinayətlərindən sayılan Xocalı hadisələri barədə faktları diqqətə çatdırıblar. Xocalıda törədilən qətliamın xalqımızın yaddaşında silinməz iz qoyduğunu bildirərək, həmin həqiqətlərin gələcək nəsillərə ötürülməsi istiqamətində dövlətimizin gördüyü işlərdən geniş söhbət açıblar. Azərbaycan Respublokası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun yüksək döyüş bacarığı və peşəkarlıq nümayiş etdirərək ölkəmizin gücünün və qüdrətinin bütün dünyaya sübut edildiyi də tədbirdə qürurla vurğulanıb.






