Cəbrayıl rayonunda “Xocalı faciəsi”nin 34-cü ildönümü ilə bağlı tədbirlər davam edir
25 fevral 2026 | 17:49
Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub. Bu qətliam erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.
Ötən illərdə olduğu kimi bu il də Cəbrayıl Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında qan yaddaşımız olan Xocalı faciəsinin 34-cü ildönümünü ilə bağlı anım tədbirləri keçirilir, Xocalı qurbanlarının əziz xatirəsi hörmət və ehtiramla yad edilir.






