Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Vətənpərvərlik və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

20 dekabr 2022 | 17:05

   20 dekabr 2022-ci tarixdə rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Cəbrayıl rayon sektorluğunun birgə təşkilatçılığı ilə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində “Vətənpərvərlik və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Mayil Əliyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Cəbrayıl rayon sektorluğunun məsul işçiləri Xəzər Səmədov və Əbülfəz Əhmədov, həmin məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.
   Tədbirdə çıxış edənlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək vurğulayıblar ki, hər bir xalqın mövcudluğunun əsas göstəricisi onun milli-mənəvi dəyərləridir və bu dəyərlər bizim tariximiz, ədəbiyyatımız, incəsənətimiz, dilimiz, adət-ənənəmizdir. Hər bir azərbaycanlının qəlbində Vətən sevgisi var. Xalqımız hər zaman öz keçmişinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlı olub. Vətənpərvərliyin böyük məhfumdur. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə çox böyük önəm verilməlidir.
   Çıxışlar zamanı həmçinin qeyd olunmuşdur ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmışdır. Ümummmilli Liderimiz Heydər Əliyev öz siyasətində yeniyetmə və gənclərə daim qayğı göstərmiş, Respublikaya rəhbərlik etdiyi dövrlərdə yeniyetmə və gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Bu ənənə ölkə başçımız cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən bu gün də uğurla davam etdirir.

 

 

Keçidlər