Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda vətəndaşların növbəti səyyar qəbulu keçirildi

16 aprel 2022 | 07:41

     Səyyar qəbul qrafikinə əsasən Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 15 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon sakinləri iştirak etmişlər.
    Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi tarixi qələbədən sonra işğaldan azad olunmuş rayonun ərazisində aparılan quruculuq və bərpa işləri barədə ətraflı məlumat verdi. Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışdı.
     Daha sonra vətəndaşların müraciətləri dinlənildi, qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verildi. Tədbirdə rayon sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər