Cəbrayıl rayonunda “Uşaqların zorakılıq və istismar hallarından müdafiəsi” mövzusunda maarifləndirici söhbət aparılıb
22 aprel 2026 | 17:54
22 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Uşaqların zorakılıq və istismar hallarından müdafiəsi” mövzusunda maarifləndirici söhbət aparıb.
Söhbət əsasında uşaq hüquqları, milli və beynəlxalq qanunvericiliyin tələblərindən irəli gələn vəzifələr, erkən nikah, narkomaniya, zərərli vərdişlər, milli-mənəvi dəyərlərin təbliği barədə məlumatlar verilmiş, uşaqları maraqlandıran suallar cavablandırılmışdır.






