Cəbrayıl rayonunda uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər keçirilir
26 oktyabr 2026-cı il tarixdə Cəbrayıl rayonunda “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026─2030-cü illər üçün Milli Fəaliyyət Planı”nın 8.5.5.-ci bəndinin icrası məqsədilə rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən rayonun ümumtəhsil müəssisələrində uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər keçirilib.
Komissiya tərəfindən uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı mütəmadi olaraq monitorinqlər və təhsildən yayınan, sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılır. Məktəblərdə uşaqların davamiyyəti ilə maraqlanılır, jurnallara baxılır. Hər hansı uşağın uzun müddət dərsə gəlmədiyi aşkar olunduğu halda onun valideynləri ilə əlaqə yaradılır və şagirdin məktəbə gəlməsi təmin olunur. Eyni zamanda təhsildən yayınma, erkən nikah, əməyə cəlb olunma ilə bağlı söhbətlər də aparılır. Bütün bu işlərə məktəb müəllimləri və psixoloqlar da cəlb edilir.






