Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda "Uşaqların hüquqları – cəmiyyətin gələcəyidir” mövzusunda tədbir keçirilib

03 noyabr 2026 | 17:38

03 noyabr 2026-cı il tarixdə 14 saylı tam orta ümumtəhsil məktəbində "Uşaq hüquqları aylığı" çərçivəsində "Uşaqların hüquqları – cəmiyyətin gələcəyidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Fəridə İbayeva, Uşaq səfirlər Məclisinin fəalları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxış edənlər bildiriblər ki, Uşaq hüquqlarının müdafiəsi və təşviqi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində mühüm yer tutur. Bu sahədə müxtəlif istiqamətlərdə həyata keçirilən fəaliyyət zamanı aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər qurumlarla əməkdaşlıq edilir. Hər il olduğu kimi, bu il də Ombudsman tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasından ibarətdir. Eyni zamanda tədbirdə uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən də geniş söhbət açıblar. Qeyd olunub ki, uşaqların hüquqlarının müdafiəsi cəmiyyətin hər bir üzvünün mənəvi məsuliyyətidir və onların gələcəyin layiqli vətəndaşları kimi yetişməsində ailənin, məktəbin və cəmiyyətin üzərinə mühüm vəzifələr düşür.
Tədbirdə azyaşlıların hazırladıqları musiqi nömrələri dinlənilib və gənc nəslin erkən yaşlardan sağlam davranışlara sahib olması məqsədilə “Məktəblinin sağlamlığı” (uşaqlar üçün) adlı kitablar paylanılıb.

Keçidlər