Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Uşaqlarımızı hüquqları ilə qoruyaq” mövzusunda tədbir keçirilib

14 noyabr 2025 | 17:23

    14 noyabr 2025-ci il tarixdə "Uşaq hüquqları aylığı" çərçivəsində “Uşaqlarımızı hüquqları ilə qoruyaq” başlığı altında maarifləndirmə tədbiri keçirilib. Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri Aynur Məmmədova, Tunar Süleymanov, fəallar, məktəblilər, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını, uşaqlara qayğısını əsirgəməməlidir. Aylığın keçirilməsində məqsəd də uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır. Məlum olduğu kimi, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilmiş və dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda uşaqların hüquqlarının səmərəli təmin olunması məqsədilə tədbirlərin görülməsi barədə ətraflı məlumat verilib.
    Tədbir Uşaq Səfirlər Məclisinin mövzu ilə bağlı hazırladığı videoçarxın nümayişi ilə davam etdirilib.

Keçidlər