Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Uşaqlara qarşı hər cür zorakılığa son” mövzusunda maarifləndirici tədbir keçirilib

08 dekabr 2025 | 16:57

    “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9. bəndinin icrası ilə əlaqədar rayonun 14 saylı tam orta məktəbində “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin genişləndirilməsi və qarşısının alınması” məqsədilə “Uşaqlara qarşı hər cür zorakılığa son” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Fəridə İbayeva, azyaşlılar üzrə inspektor, polis leytenantı Abutalıb İsmayılov, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir. Həmçinin uşaqlara qarşı zorakılıq yaradan səbəblər, zorakılığa məruz qalmış uşaqlara yardım, şiddətin heç bir növünün düzgün tərbiyə metodu olmadığı, əksinə, cəmiyyətə qarşı nifrətin başlanğıcı olması, zorakılığın uşaqlarda yaratdığı travmalar, psixoloji problemlər, eləcə də zorakılıq növlərindən biri olan bullinq, onun növləri və formaları haqqında da geniş məlumat verilib.
    Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər