Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Uşaqlar zorakılığın qurbanı olmasın” mövzusunda maarifləndirici görüş keçirilib

07 may 2024 | 10:58

    01 may 2024-cü il tarixdə K.Məmmədov adına B.Mərcanlı və F.Əsədov adına Quycaq kənd tam orta məktəblərində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9. bəndinin icrası ilə əlaqədar olaraq “Uşaqlar zorakılığın qurbanı olmasın” mövzusunda görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sənan Əsədov, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
    Çıxış edənlər bildiriblər ki, uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal məsələlərindəndir. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Natiqlər qeyd ediblər ki, bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu, bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur. Dövrümüzdə daha çox rast gəlinən məişət zorakılığıdır. Bu da bir çox səbəblərdən qaynaqlanır. Lakın heç bir səbəb şiddətin göstərilməsinə, uşaqların hüquqlarına əngəl olmasına əsas gətirmir. Ümumiyyətlə, uşaq hüquqlarını pozan bütün hallar zorakılıq kimi qiymətləndirilir. Bununla bağlı ölkəmizdə yüksək səviyyəli hüquqi baza mövcuddur. Belə ki, Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununa əsasən, uşağın yaşamaq, normal inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq, öz fikrini sərbəst ifadə etmək, təhsil almaq, bir çox istismar üsullarından müdafiə olunmaq hüququ vardır.
  Sonda şagirdləri düşündürən və narahat edən məsələlərlə bağlı fikir mübadiləsi ilə başa çatıb.

Keçidlər