Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Uşaq Səfirlər Məclisinin layihəsi əsasında "Zəfər tariximizi yaşadaq” mövzusunda tədbir keçirilib

25 sentyabr 2024 | 18:13

25 sentyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin rayon nümayəndəsinin birgə təşkilatçılığı ilə Uşaq Səfirlər Məclisinin növbəti layihəsi əsasında "Zəfər tariximizi yaşadaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin  rayon nümayəndəsi Aynur Məmmədova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

         Rayon İcra Hakimiyyəti  başçısının müavini Fəridə İbayeva çıxış edərək  Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin  formalaşması, ictimai fəallığının artırılması, liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi məqsədilə  yaradılmış Uşaq Səfirlər Məclisi, eyni zamanda müasir   tariximizə  qızıl hərflərlə həkk olunmuş Zəfər tariximiz haqqında  geniş məlumat verib.

Uşaq Səfirlər Məclisinin rayon nümayəndəsi Aynur Məmmədovanın təqdimatında Vətən müharibəsində canından keçmiş Şəhidlərimizə həsr olunmuş videorolik nümayiş olunub və  çıxışı dinlənilib.  A.Məmmədova təsdiq edilmiş layihənin məqsədi barədə danışaraq bildirib ki, Böyük Zəfərimiz xalqımızın, millətimizin əzminin təntənəsidir, müasir tariximizə qızıl hərflərlə həkk olunmuş şanlı tariximizdir. Bu tarix harada yaşamalarından asılı olmayaraq, hər bir azərbaycanlıya qürur hissi yaşadır.

 Xalqımızın tarixi Zəfəri - bütün dünya azərbaycanlılarının, həm də öz Sərkərdəsinə, Ali Baş Komandanına olan sonsuz inam və etimadının, sarsılmaz milli birliyinin, həmrəyliyinin qələbəsi, şanlı tarix yazan millətimizin milli ləyaqət rəmzidir. Bu qürurun, bu müqəddəsliyin yaşanmasında ən böyük payı olan isə bir ömür boyu borclu olduğumuz, canlarını vətən, torpaq yolunda qurban verən şəhidlərimiz, sağlamlığını itirən qəhrəman qazilərimiz, dövlətçiliyimiz uğrunda hər an hazır olan vətənpərvər oğullarımızdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, “Bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq”.

Hər birimiz keçmişimizi şanlı zəfər tarimiximizi qoruyub saxlamalı, yaşatmalı və gələcək nəsillərə təbliğ etməliyik. Unutmamalıyıq ki, şanlı zəfər tariximiz təkcə bizim üçün deyil, gələcək nəsillər üçün də tarix boyu qürur mənbəyi olacaqdır.

Tədbir uşaqların qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Keçidlər