Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığı davam etdirilir

23 may 2024 | 09:36

    21 may 2024-cü il tarixdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4 bəndinin icrası ilə əlaqədar uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təlim keçirilib. Təlimdə rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Fəridə İbayeva, ümumtəhsil məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri iştirak ediblər. Təlim çərçivəsində uşaqların hüquqları və vəzifələri ilə bağlı mövcud qanunvericilik izah edilib, uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməməsi üçün həlli vacib olan məsələlər diqqətə çatdırılıb. Eyni zamanda çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması, onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası ilə bağlı tövsiyələr verilib.
    Təlim iştirakçıların sualların cavablandırılması və müzakirələrlə davam edib.

 

Keçidlər