Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbirləri davam edir

14 noyabr 2025 | 15:20

    Məlum olduğu kimi, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına (UHK) qoşulmaqla uşaqların hüquqlarının təmin olunması sahəsində üzərinə bir sıra öhdəliklər götürmüşdür.
B    u məqsədlə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən, Müvəkkil UHK-nın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
    Hər il Müvəkkilin təşəbbüsü ilə UHK-nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.
    Aylıq çərçivəsində rayonun bütün müəssisələrində uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, aidiyyəti dövlət orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, digər müvafiq qurumları səfərbər etməklə uşaqların müdafiəsinə cəmiyyətin diqqətinin cəlb edilməsi və bu istiqamətdə ictimai fəallığın təşviqindən ibarət tədbirlər həyata keçirilir.

Keçidlər