Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 dekabr 2023 | 15:20

    12 dekabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, YAP fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Anım tədbirində Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ümummilli liderin abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Keçidlər