Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib

12 dekabr 2024 | 17:20

     12 dekabr 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Cəbrayıl” şadlıq sarayında Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssislərin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Əvvəlcə tədbir iştirakçıları görkəmli şəxsiyyətin adını daşıyan mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Dövlət himnin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digər çıxış edənlər bildiriblər ki, bu gün biz Cəbrayıllılar xilaskarımız, Azərbaycanın böyük oğlu Heydər Əliyevin anım gününü hörmət və ehtiramla qeyd edirik. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşı kimi bizim də qürur mənbəyimizə çevrilib. Bütün xalqların milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanları olub. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca apararaq taleyüklü məqamlarda qalib olublar. Bu gün vəfatının iyirmi birinci il dönümünü qeyd etdiyimiz xalqımızın xilaskarı Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi idi. Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. Sözün əsil mənasında varlığı, duyğuları, yanğıları ilə Azərbaycanlı olmasında idi. Elə ona görə də hər bir Azərbaycanlı böyük şəxsiyyətin həyat yolunu, yüksək insani-əxlaqi keyfiyyətlərini özü üçün nümunəvi məktəb hesab edir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Xalqına, eləcə də qaçqın və məcburi köçkünlərə göstərdiyi yüksək diqqət, qayğı, imzaladığı fərman və sərəncamlar, keçirdiyi çoxsaylı görüşlər, söylədiyi dərin məzmunlu nitqlər işğal altında olan torpaqlarımızın azad olunması üçün zəmin yaradıb, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycan ordusunun Vətən müharibəsindəki möhtəşəm qələbəsi bunu bir daha sübut etdi. Döyüşlərin getdiyi 44 günlük Vətən müharibəsində böyük Heydər Əliyev məktəbini keçən Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük peşəkarlıq, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yayan, bütün təzyiqlərə cəsarətlə sinə gərən, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik nümayiş etdirdi. Bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir. Əminliklə söyləyirik ki, Azərbaycan var olduqca Ulu Öndərin ideyaları da yaşayacaq və inkişaf edəcək.
    Tədbir məktəblilərin ifasında Ulu Öndərə həsr edilmiş kompozisiya ilə davam etdirilib.

Keçidlər