Cəbrayıl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
10 may 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçililib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstrahət parkında dahi şəxsiyyətin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsi ehtiramla yad olunub.
Tədbir gün ərzində davam edirilib. Ulu öndər Heydər Əliyevin abidəsi rayon sakinləri tərəfindən ziyarət olunub, Ümummilli Lider Heydər Əliyevin sevdiyi və eləcə də dahi şəxsiyyətə həsr olunan musiqilər səsləndirlib.






